Reflektor (teleskop)

Franklin İnstitutundakı, 24 dyümlük Nyuton-Kasseqren reflektoru

Reflektor (lat. reflect - əks etdirmək) optik teleskopların bir növüdür. Onun obyektivi çökük güzgü və ya güzgülər sistemindən ibarətdir. Reflektorun iş prinsipi işığın əks olunmasına əsaslanır. Reflektor XVII əsrdə refraktora bir alternativ olaraq yaradılmışdır, o zaman o xromatik aberrasiyaya məruz qalan bir sistem idi. Reflektorun digər optik aberrasiyalar meydana gətirməsinə baxmayaraq, çox geniş diametrli obyektivlər üçün istifadə olunur. Demək olar ki, astronomik müşahidələrdə istifadə olunan bütün böyük teleskoplar reflektordur. Reflektorların bir çox növləri mövcuddur, bundan başqa görüntü keyfiyyətini yaxşılaşdırmaq və ya görüntünü mexaniki cəhətdən uyğun yerə salmaq məqsədilə əlavə optik elementlərdən istifadə oluna bilir. Reflektorlarda güzgüdən istifadə olunduğundan bu cür teleskoplar bəzən katoptrik də adlandırılır.


Developed by StudentB